Etibarnamə əsasında avtomobil icarəyə götürən şəxs 36 manat cəriməsini ödəmədiyi üçün özünün də xəbəri olmadan sürücülük hüququdan məhrum edilib.
Belə bir iddia ilə sürücü Vüsal Rüstəmov ''Xəzər Xəbər''ə danışıb. O, iddia edir ki, ona dayanma və durmaya görə yazılan cərimə məbləği dəbbə pulu ilə 36 manat olub. Amma bundan xəbərsiz olduğu üçün cəriməni ödəməyib.
Sürücü deyir ki, 36 manatlıq cəriməni ödəmədiyi üçün məhkəmə onun sürücülük hüququnu 6 aylıq məhdudlaşdırıb. O, xəbər tutan kimi 36 manat cəriməsini ödəyib. Amma bu da heç nəyi dəyişməyib. Üstəlik, avtomobili icarəyə götürdüyü şəxs hər gün üçün ondan ödəniş tələb edir.
Baş Dövlət Yol Polisi İdarəsindən ''Xəzər Xəbər''ə bildirdilər ki, vətəndaşın şikayətindən məlumatlıdırlar.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.