Xəzər Xəbər

Şüşəsi sındırılan avtobusun sürücüsü açıqlama verib VİDEO

Veb TV | 17:12 • 19 May 2025
Şüşəsi sındırılan avtobusun sürücüsü açıqlama verib

Mayın 17-si saat 22:25 radələrində sərxoş vəziyyətdə olan sərnişin 65 saylı marşrut avtobusunun şüşəsini sındırıb.

Avtobusun sürücüsü Dünyamalı Mehdiyev Xezerxeber.az-a danışıb.

Onun sözlərinə görə, orta yaşlı içkili şəxs avtobus Yasamal rayonu Tbilisi prospektində hərəkətdə olarkən qapıya yaxınlaşaraq nəqliyyat vasitəsinin dayanmasını tələb edib və şüşəni sındırıb. Qeyd edək ki, məsələ ilə bağlı DİN-in “102” xidmətinə məlumat verilib. Faktla bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsində araşdırma aparılır.

Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

Xəbər lenti