“Bakıda doqquz qaşıq udaraq xəstəxanaya müraciət edən şəxs daha öncə də yad cisim udub, amma təbii yolla xaric olub”.
Bunu Xezerxeber.az-a Bakı Sağlamlıq Mərkəzinin ümumi cərrahı Elvin Tanrıverdi deyib.
Həkimin sözlərinə görə, mayın 18-də gecə saat 23 radələrində xəstəxanaya gətirilən 55 yaşlı kişiyə dərhal endoskopik müdaxilə olunub, əməliyyat 4-5 saat davam edib. Hazırda pasiyentin müalicəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir.
Xezerxeber.az mövzu ilə bağlı həkimin açıqlamasını təqdim edir.
Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.