Xəzər Xəbər

Tovuzda yerkökü yığımına başlanılıb VİDEO

Veb TV | 21:50 • 17 May 2025
Tovuzda yerkökü yığımına başlanılıb

Tovuzun Kür çayının sağ sahilində yerləşən Hunanlar kəndinin sakinləri uzun illərdir yerkökü becərirlər. Bu il məhsul bol olsa da, kəndlilər deyirlər ki, alıcıları azdır.

Yerkökü birbaşa sahədən satılmır. Məhsulu işçi qüvvəsi ilə sahədən gətirib, yüksək təzyiqli suyun altında yuyurlar.

Xezerxeber.az xəbər verir ki, kəndlilər bu il 200 hektardan çox sahədə bu bitkinin əkinini həyata keçiriblər. Onları narahat edən digər məqam isə bu il yerkökünün satış qiymətinin aşağı olmasıdır.

Fermerlər deyirlər ki, yetişdirdikləri məhsul əsasən Rusiya bazarlarına ixrac olunur.

Məhsulunu ixrac edə bilməyən fermerlər də var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti