Bakıda "Sürətin evolyusiyası" layihəsi çərçivəsində klassik avtomobillərin sərgisi keçirilib.
Xezerxeber.az xəbər verir ki, Əziz Əliyev küçəsindən başlayaraq Qoşa Qala qapısının qarşısınadək davam edən sərgi, Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı, "Nazar Holdinq" və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.
Sərgidə müxtəlif illərə və ölkələrə aid klassik avtomobillər qonaqlar tərəfindən maraqla qarşılanıb.
Klassik avtomobil sahibləri də sərgi haqqında təsuratlarını bölüşüblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.