Xəzər Xəbər

Öldüyü deyilirdi, 9 ay sonra sağ tapıldı - Kənan Qurbanlı baş verənləri "Xəzər Xəbər"ə danışdı VİDEO

Veb TV | 21:10 • 16 May 2025
Öldüyü deyilirdi, 9 ay sonra sağ tapıldı - Kənan Qurbanlı baş verənləri "Xəzər Xəbər"ə danışdı

Ötən il dənizdə boğularaq öldüyü xəbəri yayılmış Bakı sakini Kənan Qurbanlı 9 aydan sonra sağ tapılıb.

O, “Xəzər Xəbər”ə başına gələn hadisə, indiyə kimi harada olduğu və digər məsələlər barədə açıqlama verib.

Xezerxeber.az-ın məlumatına görə, Kənan Qurbanlı ötən ilin avqust ayının 19-da ailəsi ilə birgə dənizə çimməyə gedib. Çimərlik geyimində dənizə girən Kənan anidən gözdən itib. Valideynləri ilə yanaşı, hər kəs onun dənizdə boğulduğunu düşünüb.

Elə ötən il bu boğulma hadisəsini eşidən kimi biz də həmin əraziyə gedib, Kənanın axtarışlarında iştirak etmişdik.

Həmin vaxtdan dənizdə Kənanın nəşinin axtarışları davam edirdi. Ancaq tapılmırdı ki, tapılmırdı.

İndi baş verənlər isə onun öldüyünü düşünən ailəsi üçün əsl sürpriz olub. Çünki Kənan düz 9 aydan sonra dünən sağ-salamat evlərinə qayıdıb. O, 9 aydır ki, gizlənməyinin səbəblərini izah edib və həmin gün əslində suda boğulduğunu, onu tanımadığı bir nəfərin xilas etdiyini iddia edir.

Kənan bildirir ki, gizlənmək üçün Sumqayıtı seçib. O, bələdiyə işçilərinin ona paltar verdiyini deyir. Bir neçə gün parkda yatdıqdan sonra əsl sənəti skripka ifa etmək olan Kənan inşaatda özünə iş də tapıb.

Kənan nəhayət 9 aydan sonra evinə qayıtmağa qərar verib.

Kənan artıq hər şeyin yaxşı olduğunu, baş verənlərin geridə qaldığını bildirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar