Hər il Azərbaycan universitetlərindən minlərlə tələbə məzun olur. Bəs “Məzun günü”nü qeyd etməyə nə qədər pul vəsaiti tələb olunur?
Xezerxeber.az sözügedən məsələylə bağlı tələbələr arasında sorğu keçirib. Sorğuda iştirak edən tələbələr fərqli fikirlər səsləndiriblər. Onların sözlərinə görə, pulu tələbələr öz aralarında yığırlar ki, hansısa restoranda “Məzun günü”nü qeyd etsinlər. Bəzi tələbələr isə foto çəkilişlərə də öz aralarında pul yığdıqlarını qeyd ediblər.
Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.