Xəzər Xəbər

Kür çayında suyun səviyyəsi artıb VİDEO

Veb TV | 21:22 • 15 May 2025
Kür çayında suyun səviyyəsi artıb

Kür çayında suyun səviyyəsi artıb.

Xezerxeber.az-ın xəbərinə görə, Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri Rza Mahmudov deyir ki, tədqiqatlar göstərir ki, son zamanlarda iqlimdə baş verən dəyişiklər çay axınlarına və çayların illik rejiminə təsir edir. Son günlərdə isə intensiv yağışlar bəzi dağ çaylarında qısamüddətli sel və daşqın hadisələrinə səbəb ola bilir.

Şöbə müdiri bildirib ki, insanları ən çox narahat edən digər məsələ isə çayda suyun səviyyəsi artmasının  ərtaf ərazilərə təsirləridir.

Professor həmçinin qeyd edib ki, Avropa Proqnozlar Mərkəzinin məlumatına görə, regionda bu il orta çoxillik temperaturların normadan çox, 0.5-1 dərəcəyə qədər, yağıntıların isə normadan aşağı olacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti