Xəzər Xəbər

Bakıda 6 il bundan əvvəl yanan ticarət mərkəzinin yeri niyə hələ də boşdur? VİDEO

Veb TV | 21:15 • 15 May 2025
Bakıda 6 il bundan əvvəl yanan ticarət mərkəzinin yeri niyə hələ də boşdur?

6 il bundan əvvəl yanan ''Diqlas'' ticarət mərkəzinin ərazisində yeni ticarət mərkəzi tikiləcək.

Bu əraziyə çəkilişə gedərkən əslində bu xəbərdən məlumatsız idik. Çünkü illərdir həmin ərazi hasara alınıb və heç bir iş aparılmırdı.

Digər vətəndaşlar da hərhansı tikinti işlərinin aparılmadığını bildirdilər.

Xezerxeber.az xəbər verir ki, araşdırma zamanı məlum oldu ki, nəhayət həmin ərazidə yeni ticarət mərkəzinin tikilməsi planlaşdırılır. Özünü iş icraçısı kimi təqdim edən bu şəxs əvvəlcə danışmaq istəməsə də, sonradan bildirdi ki, hazırda sənəd işləri hazırlanır və yeni mərkəzin tikilməsi üzərində iş gedir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti