Xəzər Xəbər

Qadın əməliyyatdan sonra həyatını itirib - Hadisədə həkimlər günahlandırılır VİDEO

Veb TV | 20:41 • 14 May 2025
Qadın əməliyyatdan sonra həyatını itirib - Hadisədə həkimlər günahlandırılır

Kürdəmirdə xəstəxanada əməliyyat olunan 38 yaşlı qadın ölüb. Onunla bağlı fərqli iddialar ortaya çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə dünən günorta saatlarında Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Rayonun Atakişili kənd sakini, 38 yaşlı   Pərvanə Abdullayeva "kor bağırsağın iltihabı" diaqnozu ilə xəstəxanaya daxil olub və o, əməliyyata götürülüb. Əməliyyatdan normal çıxan qadının sonradan halı qəfil pisləşib və o, xəstəxanada dünyasını dəyişib.

Bu hadisədə həkimləri günahlandıran ölənin yaxınları meyitin palatada gizlədildiyi iddiaları ilə də çıxış ediblər.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki,  Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunandan sonra həyatını itirən şəxsin ölüm səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirmək mümkündür.

Qeyd olunub ki, ona kəskin apendisit və lokalizə olunmuş peritonit diaqnozu təyin olunub. Pasiyent müayinə nəticələri əsasında təyin edilən diaqnoza əsasən təcili əməliyyata alınıb. Əməliyyatdan sonra stabil vəziyyətdə palataya yerləşdirilən pasiyentin vəziyyəti qəfil pisləşib. Dərhal reanimasiya tədbirlərinin görülməsinə və həkimlərin səylərinə baxmayaraq ölüm faktı qeydə alınıb.

Fakt  üzrə Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti