Xəzər Xəbər

Bakıda ağac avtomobillərin üzərinə aşıb VİDEO

Veb TV | 23:51 • 14 May 2025
Bakıda ağac avtomobillərin üzərinə aşıb

Bu gün Bakıda külək ağacı hərəkətdə olan avtomobillərin üzərinə aşırıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə günorta saatlarında Nəsimi rayonu ərazisində, 28 May küçəsində baş verib.

Əsən külək anidən ağacı kökündən qoparıb. Nəticədə həmin axac tıxacda asta sürətlə hərəkət edən iki avtomobilin üzərinə aşıb.

Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov bildirib ki, həmin ağac aşana qədər vizual olaraq sağlam görünüb.

Qeyd edək ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ağacı ərazidən götürdükdən sonra nəqliyyatın hərəkəti tam bərpa edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar