Sumqayıtda partlayış baş verən binanın bəzi sakinləri onlara yardım edilməməsindən şikayətçidirlər. Onlar həmçinin evlərinə qayıtmaq istəyirlər.
Xezerxeber.az xatırladır ki, ötən il dekabrın 3-də Sumqayıtın 13-cü mikrorayon ərazisində partlayış baş vermişdi. Bina sakinləri isə təhlükəsizlik səbəbilə kirayə haqqı ödənilərək başqa ərazilərə köçürülmüşdür. Lakin hadisədən 6 ay keçməsinə baxmayaraq, 35 ailədən yalnız 15-nə maddi yardım verilib. Digər ailələr isə hələ də kömək gözləyir.
Partlayışın yaratdığı çətinliklər ailələri çarəsiz vəziyyətdə qoyub. Onlar 6 ayın tamamında mənzillərinə qayıda bilməyəcəklərindən narahatdırlar.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, binanın yararsız olan girişi söküləcək. O da qeyd olundu ki, partlayış baş verən bina 6 girişdən ibarətdir. Hazırda binanın birinci girişində yaşayan sakinlər müvəqqəti olaraq kirayə mənzillərlə təmin olunublar. Həmin ailələrin hər birinə 6 aylıq kirayə xərcləri ödənilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.