Xəzər Xəbər

Modemlərə də kiberhücumlar edilə bilər XƏBƏRDARLIQ/VİDEO

Veb TV | 19:35 • 14 May 2025
Modemlərə də kiberhücumlar edilə bilər

Modemlər də kiberdələduzların hədəfinə çevrilə bilər. Artıq bəzi ölkələrdə bu problem yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, ABŞ Federal Təhqiqatlar Bürosunun məlumatında isə qeyd olunub ki, modemlər çox zaman kibertəhlükələrə qarşı zəifdir. Bundan istifadə edən hakerlər ev şəbəkəsinə daxil olaraq şəxsi məlumatlara, cihazlara və xidmətlərə zərər verə bilərlər.

Bəs belə təhlükələrdən maksimum səviyyədə qorunmaq üçün nələrə diqqət etməliyik?

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyir ki, bu tip cihazlar tez-tez zərərli proqramlarla yoluxdurulur və bundan ev şəbəkələrinə sızmaq üçün istifadə edilir. 

Ekspertin sözlərinə görə, hücumlar nəticəsində yalnız internet bağlantısına deyil, həmin şəbəkəyə qoşulmuş digər cihazlara da nəzarət mümkündür. Hücumların səssiz və görünməz şəkildə baş verməsi isə təhlükəni daha da artırır.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Bəhruz Əliyev qeyd edib ki, adətən istifadəçilər sızmalardan yalnız ciddi məlumat itkisi və ya təhlükəsizlik pozuntusu baş verdikdən sonra xəbərdar olurlar. Cihaz artıq istehsalçı tərəfindən dəstəklənmirsə, daha müasir və təhlükəsiz model ilə əvəz olunması tövsiyə olunur. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Xəbər lenti