Xəzər Xəbər

Sel Şamaxıda yolu dağıdıb VİDEO

Veb TV | 20:07 • 14 May 2025
Sel Şamaxıda yolu dağıdıb

Yağıntılardan sonra yolda çökmələr əmələ gəlib.

Xezerxeber.az-ın məlumatına görə, Şamaxı rayonunun Çağan kəndini mərkəzlə birləşdirən yol da belə vəziyyətdədir.

Torpaq sürüşməsi yolun təqribən 30 metrlik bir hissəsində olub və ərazi 1 metr dərinlikdə dağılıb. Yararsız hala düşən yoldan kənd sakinləri gündəlik istifadə edirlər.

Kənd sakinlərinin qorxusu odur ki, yol tamamən dağıla bilər. Belə olarsa kəndlə əlaqə kəsiləcək. Yol kənarındakı uçqun isə gündən-günə genişlənir.

Şamaxı Rayon İcra Hakimiyətindən “Xəzər Xəbər”ə bildirilib ki, son günlər rayon ərazisinə yağan intensiv yağışlar nəticəsində Çağan kəndinə gedən yolun müəyyən hissəsində sel suları nəticəsində sürüşmə faktı qeydə alınıb. Yaxın günlərdə həmin yolda  təmir işlərinə başlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti