Qeyri sabit keçən hava şəraiti Şamaxı rayonunda bir sıra fəsadlar törədib. Belə ki, yağan güclü yağışdan sonra Çağan kəndini rayon mərkəzi ilə birləşdirən əsas yolda torpaq sürüşməsi baş verib.
Xezerxeber.az xəbər verir ki, torpaq sürüşməsi nəticəsində yolun təqribən 30 metrlik bir hissəsində 1 metr dərinlikdə olan hissəsi dağılıb. Yarasız hala düşən yol həm sürücülər, həm də piyadalar üçün təhlükəli vəziyyət yaradır.
Kəndin sakinləri bildiriblər ki, yol uçulub dağıldığı üçün onlar nə uşaqlarını məktəbə, nə də xəstələrini həkimə apara bilmirlər. Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.