Xəzər Xəbər

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edildi VİDEO

Veb TV | 15:15 • 14 May 2025
Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edildi

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Xezerxeber.az-ın məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdiyi “Chevrolet” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Murad Əliyev saxlanılıb.

Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Əliyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Xəbər lenti

Çox oxunanlar