Xəzər Xəbər

Türkiyədən Azərbaycana hazır geyim ixracı niyə azalıb? VİDEO

Veb TV | 21:40 • 13 May 2025
Türkiyədən Azərbaycana hazır geyim ixracı niyə azalıb?

Türkiyədən  Azərbaycana hazır geyim ixracı azalıb.

Xezerxeber.az xəbər verir ki, yanvar-aprel ayları ərzində  Azərbaycana Türkiyədən hazır geyim idxalı  2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 24,5 faiz azalaraq 15 milyon 565 min 44 dollar təşkil edib. Bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İqtisadçı Rəşad Həsənov bildirir ki, buna səbəb son dövrlərdə Türkiyədə mövcud olan yüksək inflyasiya mühitidir.

Aprel ayında isə azalma daha çox müşahidə edilib. Belə ki, ötən ay ərzində  Azərbaycana  Türkiyədən hazır geyim idxalı  ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz azalaraq 2 milyon 950 min 45 dollar təşkil edib. Ekspertlər hesab edir ki, bəzi məhdudiyyətlərin tətbiq edilməsi, qiymətin cəlbedici olmaması  müştəriləri alternativ  platformalara  yönləndirir...

Rəşad Həsənov bildirdi ki, bu hal əslində, ölkə vətəndaşlarının rəqabətli şəraitdə, online ticarət platformaları üzərindən daha əlverişli şərtlərlə daha aşağı qiymətə məhsullar idxal etməsinə şərait yaradır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar