Xəzər Xəbər

Bakıda bu ərazidə park salınır VİDEO

Veb TV | 21:30 • 13 May 2025
Bakıda bu ərazidə park salınır

Bakıda yeni bir park salınır. Artıq ərazidə söküntü işləri də aparılıb.

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Xətai rayonu, 8-ci Zavod küçəsi adlanan ərazidən gedir. Belə ki, ərazidə yaşayan sakinlərin sözlərinə görə, sözügedən yerdə işlər bir neçə aydır başlayıb.

Artıq ərazidəki müxtəlif təyinatlı binalar eyni zamanda yaşayış evləri sökülüb.

Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətindən Xəzər xəbərə bildirildi ki, estetik görkəmin yenilənməsi ilə əlaqədar olaraq ərazidə layihələndirmə işləri həyata keçirilib.

Verilən məlumata görə, işlərin qısa vaxt ərzində başa çatdrılması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar