Bəzi MTK-lar müqavilədə mənzilin sahəsini çox hesablayır, çıxarış sənədində isə dövlət komitəsi ilə MTK-nın qeyd etdiyi rəqəm üst-üstə düşmür.
Məsələn, mənzili alanda 100 kvadrat metr olduğu qeyd olunur, çıxarış sənədində isə 90-95 kvadrat metr...
Bunun səbəbi nədir?, vətəndaşı kim aldadır?
Suallarımızı əmlak və inşaat məsələləri üzrə ekspert, Dövlət şəhərsalma və arxitektura komitəsinin yanında ictimai şuranın üzvü Elnur Azadov cavablandırdı. O bildirdi ki, bəzi tikinti şirkətləri binaları satarkən onları çöl sahəsindən hesablayırlar. Bu isə tikinti və şəhərsalma məcəlləsinə ziddir.
Ekspert qeyd edir ki, bu səbəbdən çıxarış alarkən orada qeyd olunan sahə müqavilədə qeyd olunan sahəylə 15-20% fərq təşkil edir.
Elnur Azadov həmçinin onu da bildirdi ki, vətəndaş tikinti şirkəti ilə alqı-satqı edərkən onun müqaviləni dərindən təhlil etməli, prosesə hüquqşünas cəlb etməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.