Xəzər Xəbər

İnsan alveri qurbanlarının məsələsi Parlamentin iclasında VİDEO

Veb TV | 21:20 • 13 May 2025
İnsan alveri qurbanlarının məsələsi Parlamentin iclasında

Azərbaycanda insan alverinin qurbanlarının 85 faizi qadınlardır.

Xezerxeber.az xəbər verir ki, bu göstərici 2005-2024-cü illərdə əhatə edən məlumatlar əsasında müəyyən edilib.

Bu fikirlər parlamentin İnsan hüquqları, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitələrinin bu gün keçirilən birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı səsləndirlib. Bildirilib ki, Azərbaycanda Hesabat dövründə 616 azyaşlının dilənçiliyə cəlb edilməsi faktı aşkarlanıb və valideynlərinə müvafiq sanksiyalar tətbiq edilib, tədbirlər görülüb. O da qeyd olunub ki, sığınacaqların Bakıda yerləşməsi bəzi problemlər yaradır.

İdarənin rəisi sığınacaqlarda yerləşdirilmiş bəzi şəxslərlə bağlı ciddi problemlərə diqqət çəkib.

Qeyd edib ki, məcburi əməyə cəlb edilmiş 2 ukraynalı qadın da sığınacağa yerləşdirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti