Xəzər Xəbər

Bakıda binanın söküntüsünə ETİRAZ VİDEO

Veb TV | 21:00 • 13 May 2025
Bakıda binanın söküntüsünə ETİRAZ

Bakıda bir binanın söküntüsü sakinlərin narazılığına səbəb olub.

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Səbail rayonu Bayıl qəsəbəsindəndir. Söküntüyə Mikayıl Usenyov küçəsi 14 ünvanında olan 9 mərtəbəli binanın birinci mərtəbəsindəki obyektlərdən başlanıb. 

Sakinlər iddia edirlər ki, binanın söküntüsü rayon icra hakimiyyətinin əməkdaşlarının göstərişi ilə icra edilir. Müsahiblərimiz deyirlər ki, binada 72 mənzil var və heç bir ailə ilə razılaşmadan bu işlər görülür.

Şikayətçinin sözlərinə görə, ərazidə dövlət layihəsinin icrası ilə bağlı söküntü işlərinin aparılacağı deyilsə də, heç kim sakinlərlə rəsmi razılığa gəlməyib.

Problemlə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirdilər ki, aidiyyəti qurumların 2014-cü ildə müvafiq qərarları əsasında sözügedən yaşayış binasının köçürülməsi Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilib. O da əlavə edildi ki, həmin ünvanda gələcəkdə hər hansı layihə əsasında tikinti işlərin aparılması ilə bağlı rayon icra hakimiyyətində məlumat mövcud deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar