Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin əvvəlində evlənənlərin sayında artım müşahidə edilir.
Bunun Xezerxeber.az-a sosioloq Üzeyir Şəfiyev deyib.
Onun sözlərinə görə, qohum evliliklərinin ləğvinə qədər insanlar sürətli şəkildə çalışdılar ki, bu qanun qüvvəyə minənə qədər tez ailə qursunlar. Sosioloq statistikada artımı da bununla izah edir.
Qeyd edək ki, Prezident İlham Əliyevin Ailə Məcəlləsinə etdiyi dəyişikliyə əsasən iyulun 1-dən qohum evliliyi ilə bağlı qadağa qüvvəyə minəcək.
Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.