Bu gün "Xəzər FM" radiosu 17 yaşını qeyd edir.
Xezerxeber.az-ın məlumatına görə, səhər 8-dən axşam 10-a qədər dinləyicilərinin qonağı olan "Xəzər FM" radiostansiyası "Özəl Evim", "Biznes Adamı", "İş Bilən", "Xəzərin Sahili" kimi ümumilikdə 5 veriliş ilə izləyicilərə maraqlı məzmunlar təqdim edir.
“Xəzər FM”in ad günündə fikirlərini bölüşən Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov bildirib ki, bu gün "Xəzər FM" radiostansiyası qabaqcıl media platformalarından biridir və burada qazanılan hər bir uğurun arxasında yorulmaq bilmədən çalışan işçilərin əməyi dayanır.
2008-ci ildə fəaliyyətə başlayan radio bu illər ərzində daha da inkişaf edib, müasirləşib. Murad Dadaşov onu da vurğulayıb ki, kreativ ideyalar və yeni fikirlər sağlam rəqabətin əsasını təşkil edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.