Xəzər Xəbər

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır VİDEO

Veb TV | 22:00 • 12 May 2025
Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən protokolların qısa müddətdə yekunlaşdırılması və təsdiq edilməsi planlaşdırılır.

Mövzu ilə bağlı danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva deyir ki, bu sahədə vahid standartların olmaması bəzən həm həkimlər, həm də pasiyentlər üçün risk yaratsa da, artıq bu vəziyyət dəyişir.

Onun fikrincə, bu addım müəyyən boşluqların aradan qaldırılması ilə nəticələnəcək. 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzindən “Xəzər Xəbər”ə bildirildi ki, hazırda klinik protokolların hazırlanması üzərində işlər aparılır. Protokolların bir qisminin cari ilin sonunadək yekunlaşdırılması və təsdiq edilməsi nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar