Qax rayonunda yağışla müşahidə olunan güclü külək Qaxıngiloy kənd sakini, 1954-cü il təvəllüdlü Kulaşvili Varabyonun evinin dam örtüyünü uçurub.
Xezerxeber.az xəbər verir ki, dam örtüyünün bir hissəsi qonşu həyətə düşüb. Nəticədə İradə Hacıyevanın yeni təmir olunmuş evinə də ciddi ziyan dəyib. Küləkdən sonra yağan leysan yağış suları evə dolub.
Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.