Xəzər Xəbər

Tovuz sakini əlillik təyinatından narazıdır VİDEO

Veb TV | 19:34 • 29 Aprel 2025
Tovuz sakini əlillik təyinatından narazıdır

Qıcolmadan əziyyət çəkən Tovuz sakini əlillik təyinatından narazıdır.

Xezerxeber.az-ın məlumatına görə, 18 yaşlı Aslan Aslanov Tovuz rayonunun Aşağı Quşçu kənd sakinidir.

Aslanın anası Arifə Aslanova deyir ki, övladı uşaqlıqdan bir çox xəstəlikdən əziyyət çəkir. Nəzarətsiz qaldıqda isə həm ətraf, həm də özü üçün təhlükə yaradır.

Valideynin sözlərinə görə, övladı 18 yaşına çatanda yeni sənədləşmə dövründə Bakı və Gəncə şəhərlərində keçdiyi müvafiq  müayinələrdən asılı olmayaraq ona üçüncü dərəcəli əlillik təyin edilib. Valideyn isə bu təyinatla razılaşmır.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyində bildirilib ki, vətəndaş hazırkı təyinatdan razı olmadığı halda əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi ilə bağlı  tibb müəssisəsinə yaxınlaşmalıdır.

O da qeyd edilib ki, tibb müəssisəsi tərəfindən Aslan Aslanovun hazırki diaqnoz və ağırlaşmaları ilə bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndirilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti