Azərbaycanla Çin arasında viza rejiminin ləğv edilməsi iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə şərait yaradacaq.
Bunu millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər”ə müsahibəsində deyib.
O həmçinin bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 21 faziə yaxın artıb. Hətta viza rejiminin ləğv edilməsi nəticəsində bu artım daha çox olacaq.
Xezerxeber.az-ın məlumatına görə, millət vəkili bildirib ki, edilən bu dəyişiklik investisya sahəsinə də öz müsbət təsirini göstərəcək.
Vüqar Bayramov əlavə edib ki, viza rejiminin ləğv edilməsi həmçinin turizm sahəsinin inkişafına və mədəni əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcək.
Qeyd edək ki, bu ilin ilk 3 ayında Çindən Azərbaycana gələn turistlərin sayı 1.8 dəfə artaraq 8 minə çatıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: