"Rezidentura və magistratura imtahanları elektronlaşdırılacaq".
Xezerxeber.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalsitlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir.
Dövlət İmtahan Mərkəzinin sədri 11-ci siniflər üzrə buraxılış imtahanlarının nəticələrindən də danışıb. Qeyd edib ki, məzunların Azərbaycan dili üzrə nəticələri daha da yaxşılaşıb.
Bu il ali məktəblərə planın yerlərinin artırılıb-artırılmayacağına gəlincə, Məleykə Abbaszadə qeyd edib ki, hələ ki, DİM-ə bununla bağlı məlumat təqdim olunmayıb. Kolleclərə qəbul üzrə plan yerlərində isə ciddi dəyişiklik yoxdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.