Amerikada təhsil alan tələbə gənclər ermənilərin növbəti təxribatının qarşısını alıblar. Onlar bu addımlarıyla hüquq fakültəsində aldıqları təhsilin hədər getmədiyini isbat ediblər.
Xezerxeber.az-ın xəbərinə görə, Berkli Kaliforniya Universitetinin hüquq fakültəsində, qondarma "erməni soyqırımı"nın anım günündə, İkinci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı filmin nümayiş etdirilməsi nəzərdə tutulub.
Həmin universitetdə magistr təhsili alan azərbaycanlı tələbələr, Ceyhun Xəlilov, İnqilab Hüseynzadə və Murad Qurbanov isə tədbirin ləğv olunmasına nail olub.
Onlar deyir ki, bu tədbirin keçirilməsində bizi narahat edən iki əsas məqam var idi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.