Səhər saatlarında Bakıda güclü yanğın olub. Ətrafı qatı tüstü bürüyüb.
Xezerxeber.az xəbər verir ki, yanğın hadisəsi paytaxtın Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş verib. İstixana kompleksinin binasında qəfildən yanğın başlayıb. Yanğın tez bir zamanda binanı ağuşuna alıb. Dərhal yanğınsöndürənlərə məlumat verilib.
Məlumatlara görə, yanğın olan binada karton və tez alışan plastik qablar olub. Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın qısa zamanda məhdudlaşdırılıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.