Xəzər Xəbər

Dişləri üçün həkimə 8700 manat ödədi - Nə diş var, nə də pul VİDEO

Veb TV | 21:15 • 24 Aprel 2025
Dişləri üçün həkimə 8700 manat ödədi - Nə diş var, nə də pul

"Dişlərimi düzəltdirmək üçün 8700 manat ödədim, amma həm dişlərimdən, həm də pulumdan oldum".

Bunu “Xəzər Xəbər”ə müsahibəsində Biləsuvar sakini Anar Qurbanov iddia edib. O bildirir ki, 2022-ci ildə sosial şəbəkə vasitəsilə tapdığı Elçin Tağıyev adlı həkimə dişinə qapaq hazırlaması  üçün müraciət edib, lakin həmin həkim Anar Qurbanovun dişlərini yonaraq bir neçə implant qoyub və bunun üçün də ondan müxtəlif vaxtlarda ümumilikdə 8700 manat pul alıb, lakin 3 ildir ki, iş uzanır.

Anar Qurbanov həmçinin onu da iddia edir ki, həkim Elçin Tağıyev ona 8700 manat məbləğində pulu müxtəlif vaxtlarda hissə-hissə qaytaracağını bildirib, lakin ödənişi etməyib.

İddialarda adı keçən həkim Elçin Tağıyevin fəaliyyət göstərdiyi "Ömür Klinikası" ilə əlaqə saxladıq. Klinikadan “Xəzər Xəbər”ə bildirildi ki, Elçin Tağıyev klinikada ofis icarəyə götürərək fəaliyyət göstərib, lakin 10 gün əvvəl onunla bağlı şikayət olduğuna görə, o işdən kənarlaşdırılıb və fəaliyyətinə son verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti