"Azərbaycanın texnoloji suverenliyə nail olması vacibdir".
Bu sözləri İnnovasiyalar üzrə ekspert Elşən Musayev deyib.
Onun sözlərinə görə, ölkəmiz regional rəqəmsal mərkəzə çevrilə və dayanıqlı inkişafa nail ola bilər.
Elşən Musayevin sözlərinə görə, hazırda bir çox ölkələr məhz proqram təminatına və texnologiyalara görə ixtisaslaşır. Ölkəmizin də texnologiya sahəsində daha da ixtisaslaşması baxımından gənclərin bu sahəyə cəlbi vacibdir.
Ekspert qeyd edib ki, bu sahənin inkişafı ölkəmizə gələcəkdə əlavə üstünlüklər verəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: