Evlərin bir hissəsi uçub, zirzəmilər suyun içindədir... Həyətlər isə lil, palçıqdır...
Xezerxeber.az xəbər verir ki, söhbət Xaçmaz rayonunun Cığatay kəndindən gedir. Ötən həftə yağan güclü yağışlardan sonra yaranan selin fəsadları hələ də qalmaqdadır.
Yağıntıdan sonra Ağçay məcrasından çıxaraq istiqamətini dəyişib və kəndin içərisinə axıb. Nəticədə onlarla ev suyun altında qalıb, bir neçə ev isə tamamilə dağılıb.
Xaçmaz Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə verilən məlumata görə, ziyan dəymiş evlərlə bağlı aktlar tərtib olunacaq və müvafiq tədbirlər görüləcək. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qəzalı vəziyyətə düşən evləri qeydiyyata alırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: