Binanın zirzəmisinə su dolub... Üfunət ətrafı bürüyüb...
Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Səbail rayonu Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 9 nömrəli binadandır. Sakinlər deyirlər ki,bir neçə gün əvvəl yağan yağışlardan sonra binaya və ərazidə olan digər çoxmərtəbəlilərə gələn kanalizasiya sistemi tutulub, nəticədə binanın zirzəmisinə 2 metr hündürlüyündə çirkab dolub.
Sakinlər deyirlər ki, bir neçə gündür davam edən problemlə bağlı aidiyyəti quruma məlumat verilib, lakin heç bir addım atılmayıb.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, “Xəzər Xəbər”in çəkilişindən sonra Səbail rayon su-kanal idarəsinin qəza briqadası dərhal əraziyə yaxınlaşıb, zirzəmiyə dolan çirkab təmizlənib və kanal şəbəkəsinə ötürülüb, kanalizasiya sistemində baş verən qəza isə aradan qaldırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: