Xəzər Xəbər

Masallıda qəzalı binadan yeni tikilən binaya köçürülən sakinlərdən ŞİKAYƏT VİDEO

Veb TV | 21:35 • 22 Aprel 2025
Masallıda qəzalı binadan yeni  tikilən binaya köçürülən sakinlərdən ŞİKAYƏT

Kohnə binadan yeni binaya köçdülər lakin problemləri bitmədi...

Xezerxeber.az-ın xəbərinə görə, Masallıda bir ilə yaxındır ki, yeni binaya köçürülən sakinlər nə kommunal xidmətlərdən istifadə edə bilir nə də onlara mənzillərin sənədləri təqdim olunur.

Söhbət şəhərin Heydər Əliyev prospektində 10 ailə üçün  tikilən iki mərtəbəli yeni yaşayış binasından gedir. Binaya köçürülən sakinlər  bildirirlər ki,  binada nə qaz, nə su təminatı var, nə də yaşadıqları evlərin sənədləri onlara  təqdim olunub.

Sakinlər deyir ki, əvvəllər yaşadıqları bina qəzalı vəziyyətdə olub. Dövlət tərəfindən onlar üçün hazırda yaşadıqları bina inşa olunub. Tikinti başa çatdıqdan sonra 6 ailə  mənzillərə köçürülüb. Lakin rəsmi olaraq onlar heç bir qurumla müqavilə bağlaya bilmirlər.

Binada yaranan problemlə bağlı Masallı Mənzil İstismar Sahəsinin rəisi Tural Ağammədov  "XəzərXəbər"ə bildirdi ki, bina hələ də onlara təhvil  verilməyib. Buna görə də sakinlərin sadaladıqları problemləri həll edə bilmirlər.

Tural Ağammədov onu da qeyd etdi ki, binanı tikən şirkətlə mütəmadi əlaqə saxlanılır və bir ay müddətində sakinlərin səsləndirdiyi porblemlər öz həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti