Xəzər Xəbər

Yanacaqdoldurma məntəqələrində benzin yüksək təzyiqlə vurulanda 1-2 litr kəsilir? VİDEO

Veb TV | 21:10 • 22 Aprel 2025
Yanacaqdoldurma məntəqələrində benzin yüksək təzyiqlə vurulanda 1-2 litr kəsilir?

Son günlər sosial şəbəkələrdə yayılan bu görüntülər ənənəvi sualı yenidən gündəmə gətirib. Sorğu zamanı sürücülər məntəqələrdə yanacağın aşağı təzyiqlə vurulmasını tələb etdiklərini bildirdilər.

Yanacaq sürətlə vurulanda həqiqətənmi çən köpüklə dolur?

Xezerxeber.az-ın xəbərinə görə, avtomobillərin yanacaq sistemləri üzrə mütəxəssis Pərviz İsmayılov deyir ki, görüntülər yanacaqdoldurma avadanlığının reklamı ilə bağlı çəkilib. Yəni "yanacaq yüksək təzyiqlə vurularsa, çənə daha az yanacaq dolar" yanaşması reallığı əks etdirmir.

İddialardan biri də yanacağın doldurulma sürətinin çəndəki çöküntüləri qaldırması ilə bağlıdır. Bildirilir ki, bu həm də avtomobilin yanacaq sisteminə ciddi ziyan vurur. Pərviz İsmayılovun sözlərinə görə, yanacağın doldurulma sürəti əksər avtomobillərdə çəndəki çöküntüləri qaldıracaq səviyyədə olmur. Buna səbəb isə avtomobilin yanacaq sisteminin quruluşudur.

Mütəxəssis onu da əlavə edib ki, yanacaqların təmizliyi “YDM”lərin quruğularındakı süzgəclərin vaxtında dəyişdirilməsindən asılıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti