Xəzər Xəbər

Ölümlə nəticələnən partlayış olan evdən görüntülər - AÇIQLAMA VİDEO

Veb TV | 15:27 • 22 Aprel 2025
Ölümlə nəticələnən partlayış olan evdən görüntülər - AÇIQLAMA

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində ümümi sahəsi  200 m² olan 2 mərtəbəli evdə partlayış baş verib. Nəticədə evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xezerxeber.az xəbər verir ki, şahid Şəfiqə Məmmədovanın sözlərinə görə, hadisə ötən gecə saat təxminən 12-də baş verib.

 “Partlayış səsi eşitdim. Gördüm ki, evin içində yanğın başlayıb. Yanğın elə güclü idi ki, uşaqlar özlərini ikinci mərtəbədən atdılar. Sonra uşaqları xəstəxanaya apardılar. Amma hadisə nəticəsində ölən olduğunu bilmirdim", - deyə qonşu bildirib.

Xezerxeber.az mövzu ilə bağlı videonu təqdim edir.

Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

 

 

 

Xəbər lenti