Sumqayıt Tekstil Fabrikində qidadan zəhərlənənlərin kimliyi məlum olub.
Xezerxeber.az xəbər verir ki, hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları cəlb olunub. Zəhərlənmənin səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb, lakin ilkin ehtimallara görə, bu, nahar vaxtı qəbul etdikləri qida ilə əlaqəli ola bilər.
Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır.
Fabrikdə fəaliyyət müvəqqəti olaraq dayandırılıb. TəBİB-dən "Xəzər Xəbər"ə bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə əvvəlcə 19 nəfər təcili tibbi yardım avtomobili ilə xəstəxaya gətirilib. Daha sonra isə 2 nəfər öz şəxsi avtomobili ilə xəstəxanaya müraciət edib. 21 nəfərin hər birinə zəruri tibbi yardımlar göstərilib.
Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, Abşeron-Xızı regional bölməsinin əməkdaşları məsələni nəzarətə götürüb: "Agentliyin mütəxəssisləri dərhal hadisə yerinə yollanıb. Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.