Növbəti aydan etibarən xəstəlik vərəqi barədə yeni qayda tətbiq olunacaq. Bu vərəq elektron sənəd kimi tərtib ediləcək və işçiyə müavinət təyinatı üçün əsas olacaq.
Xezerxeber.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.
Onun sözlərinə görə, kağız daşıyıcılardan istifadə zamanı bəzi neqativ hallar baş verirdi ki, elektron bülletenlə bu halların qarşısı alınacaq. Elektron format daha etibarlıdır və sistemdə qorunur.
Həmin sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə, hamiləliyə və doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq. İşəgötürənlər bu elektron bülletenləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemindən, tibb işçiləri isə "e-Səhiyyə" portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə biləcəklər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.