Son günlər müşahidə olunan yol deformasiyaları sürücülərin narazılığına səbəb olub.
Xezerxeber.az xəbər verir ki, xüsusilə Zabratdan Balaxanı istiqamətinə dönən yolda yaranan iri və dərin çuxurlar avtomobillərin hərəkətini xeyli çətinləşdirir.
Sürücülərin sözlərinə görə, yol örtüyü uzun müddətdir ki, təmir olunmur və yağışlı hava şəraiti ilə birlikdə vəziyyət daha da pisləşib. Çuxurların dərinliyi və genişliyi o qədər artıb ki, sürücülər avtomobillərinin alt hissəsinin zədələndiyini, təkərlərin sıradan çıxdığını bildirirlər.
Yolun əlverişsiz vəziyyəti səbəbindən sürücülər avtomobillərini təmirə aparmaq məcburiyyətində qalıblar.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanlanıq. Qurumdan bildirildi ki, yoldakı vəziyyətdən xəbərdardırlar. Yaxın günlərdə orada təmir işlərinə başlanılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: