Sumqayıtda yerləşən iri ticarət mərkəzlərindən birində güclü yanğın olub.
Xezerxeber.az xəbər verir ki, hadisə ötən axşam şəhərin Sülh prospektində baş verib.
Şahidlərin sözlərinə görə, yanğın ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən geyim mağazalarından birində başlayıb. Qısa müddətdə alovun digər obyektlərə keçmək təhlükəsi yaranıb. Bu səbəbdən də əraziyə yanğındsöndürənlər cəlb olunub. Polis əməkdaşları da ərazidə təhlükəsizlik tədbirləri görüblər.
Yanğının ilkin səbəb kimi elektrik naqillərində baş vermiş qısaqapanma göstərilir. Hadisə nəticəsində ticarət mərkəzində müvəqqəti olaraq fəaliyyət dayandırılıb və əraziyə giriş məhdudlaşdırılıb. Faktla bağlı hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: