Binanın damı uçub-tökülür, eyvanları isə nə çıxılasıdır, nə də baxılası... Həyət binadan ovulub tökülən daş-qalaqla doludur...
Xezerxeber.az xəbər verir ki, görüntülər Xətai rayonu NZS qəsəbəsindən, Marat Əmirxanov 19 ünvanındandır.
6 bloklu 3 mərtəbəli binada 28 ailə yaşayır. Sakinlər iddia edirlər ki, binanın damını illər öncə dəfələrlə öz vəsaitləri hesabına təmir ediblər. İndi isə həm dam uçub-tökülür, həm də eyvanlar.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən bina artıq paytaxtdakı qəzalı binaların siyahısına daxil edilib.
Qeyd olunan ünvandakı qəzalı bina ilə bağlı da müvafiq qərar veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: