Xəzər Xəbər

İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? VİDEO

Veb TV | 21:50 • 18 Aprel 2025
İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq?

Suda qalan avtomobili qaldırıcı kranla çıxarırılar...Belə görüntülərə son iki gündə şəhər ərazisində və respublika əhəmiyyətli yollarda rast gəlmək mümkün idi...

Xezerxeber.az xəbər verir ki, intensiv yağış təsərrüfat və daşınmaz əmlakla yanaşı, nəqliyyata da xeyli ziyan vurdu.

Bəs suda qalan avtomobillərdə sonradan hansı texniki problemlər yaranır?.

Usta Sahil Ağabəyli hesab edir ki, su elektronikası çox və istehsal tarixi yeni olan avtomobillərə ziyan vurur.

Bu arada yağışlı havanın vurduğu zərərin məbləği də açıqlanıb. Sığortaçılar Assosasiyasının icraçı direktoru Elmar Mirsalayev deyir ki, 15-16 aprel tarixlərində sığorta şirkətlərinə xeyli müraciət daxil olub və bütün müraciətlər araşdırılır.

İcraçı direktor onu da əlavə etdi ki, sığorta şirkətlərinə daxil olan müraciətlər üzrə hadisələrin 70%-i paytaxt Bakıda, 30%-i isə respublikanın digər bölgələrində qeydə alınıb. Suda qalan avtomobillərdən də yalnız kasko sığortası olanlara dəyən zərər ödənilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti