Paytaxtın daha iki rayonu üzrə söküntü işlərinə başlanılır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “Xəzər Xəbər”ə bildirib ki, artıq bununla bağlı tender elan olunub.
Söküntü bu dəfə Sabunçu rayonunun bəzi ərazilərində yerləşən qəzalı binaları əhatə edəcək. Vətəndaşlar bildirirlər ki sözügedən ərazilərdə yerləşən qəzalı binaların əksəriyyətində vəziyyət acınacaqlıdır.
Həmçinin Suraxanı rayonunda da söküntü işlərinin aparılması planlaşdırılır
Artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: