Xəzər Xəbər

“Binamızın beşinci mərtəbəsi suyun içindədir” VİDEO

Veb TV | 17:00 • 18 Aprel 2025
“Binamızın beşinci mərtəbəsi suyun içindədir”

Bakının Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi 26 ünvanında yerləşən beşmərtəbəli binanın damı yarasız haldadır. Yağış yağanda evin içi su ilə dolur. Mənzilin tavanı isə yarasız hala düşüb.

Bina sakinləri “Xəzər Xəbər”ə bildiriblər ki, 2008-2009-cu ildə binanın dam örtüyü yanıb. O vaxtdan bu günə qədər binanın dam örtüyü bərpa olunmayıb. Aidiyyəti qurumlara müraciət olunsa da müsbət cavab alınmayıb.

Xezerxeber.az mövzu ilə bağlı videonu təqdim edir.

Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

Xəbər lenti