Xəzər Xəbər

Yolda dərin yarğanlar yaranıb, hərəkət məhdudlaşıb VİDEO

Veb TV | 20:38 • 17 Aprel 2025
Yolda dərin yarğanlar yaranıb, hərəkət məhdudlaşıb

Ağsu aşırımında torpaq sürüşməsi baş verib. Nəticədə yolda hərəkət məhdudlaşıb.

Xezerxeber.az-ın məlumatına görə, aktiv sürüşmə zolağında yerləşən asfalt örtüyündə dərin yarğanlar yaranıb. Nəticədə ikizolaqlı hərəkət istiqamətindən ibarət olan yolun bir tərəfində gediş-gəliş məhdudlaşdırılıb.

Aidiyyəti qurumun nümayəndələri əraziyə baxış keçirib və sürüşmə zolağının kənarında xəbərdaredici nişanlar quraşdırılıb. Ərazidə sürüşmə aktivliyini qoruyur.

Əraziyə mütəxəssislər dəvət olunub. Onların rəyindən asılı olaraq yaxın günlərdə lazımi tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir:

Xəbər lenti