Xəzər Xəbər

Həyat xilas edərkən həyatından olan sahə rəisi dəfn olunub VİDEO

Veb TV | 21:45 • 17 Aprel 2025
Həyat xilas edərkən həyatından olan sahə rəisi dəfn olunub

Ötən gün Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində tikinti sahəsinin rəisi Pərviz Həyatullayev həlak olub.

Xezerxeber.az-ın məlumatına görə, görüntülərdən məlum olur ki, o, ekskavatorun çalov hissəsində həmin şəxslərə yaxınlaşaraq kəndirlə onları xilas etmək istəyib. Bu zaman sel daha da güclənib və ekskavatoru aparıb. Ekskavatorda olan Pərviz Həyatullayevlə digər əməkdaş çaya düşüblər. Onlardan Pərvizin həyatını xilas etmək mümkün olmayıb, digər üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Bu gün hadisənin baş verdiyi yerdə iş yoldaşları onu anıb. Mərhumun ruhuna dualar oxunub, şəkli önünə gül dəstələri qoyulub.

Bakının Yasamal rayonunda - Pərviz Həyatullayevin yaşadığı ünvanda isə ailə üzvləri, dostları, iş yoldaşları, yaxınları sonuncu dəfə onunla vidalaşıblar.

O, Binəqədi qəbirstanlığında torpağa tapşırılıb.

43 yaşlı Pərviz Həyatullayevdən geriyə onu sevənlərə gözəl xatirələr və ata adına doymayan 4 gül balası qaldı.

Qeyd edək ki, selin ekskavatoru aparması nəticəsində xəsarət alan 3 nəfər Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Bu barədə TƏBİB-dən bildirilib. Onlardan 2 nəfərin müalicəsi Terapiya şöbəsində davam etdirilir, vəziyyətləri stabildir. Digər şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir:

Xəbər lenti