Güclü yağış Qaradağ rayonu, Umbakı qəsəbəsi ilə mərkəzi birləşdirən yolun üzərindəki körpünü uçurdub.
Xezerxeber.az-ın məlumatına görə, Qəsəbənin rayon və şəhər mərkəzi ilə əlaqəsi tam kəsilib.
Yolun altından keçən Səngəçal çayının üzərindəki körpü uçaraq keçilməz vəziyyətə düşüb.
Sakinlər deyirlər ki, həmin körpü 2015-ci ildə əsaslı təmir olunub. İddia edirlər ki, maksimum 8 ton yükdaşıma qabiliyyəti olan körpünün uçmasının əsas səbəbi əslində təkcə sel suyu deyil. Başlıca səbəb ağırtonnajlı maşınların yüklü formada körpüdən keçmələridir.
Hətta ağır tonnajlı avtomobillərin intensiv hərəkəti qəsəbə yolunu da yararsız hala salıb.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, problemdən xəbərdardırlar və ərazidə iş gedir.
Sakinlərin də istəyi körpünün tam şəkildə bərpasıdır. Onlar aidiyyəti qurumlardan xahiş edirlər ki, körpü yenidən qurulduqdan sonra ağırtonnajlı avtomobillərin oradan keçməsi qadağan edilsin.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: