Xəzər Xəbər

Binəqədidə lift PROBLEMİ- İllərdir işləmir VİDEO

Veb TV | 21:25 • 16 Fevral 2025
Binəqədidə lift PROBLEMİ- İllərdir işləmir

Dəfələrlə təmir olunsa da, illərdir ki, 9 mərtəbəli binanın lifti işləmir.

Xezerxeber.az-ın xəbərinə görə, söhbət paytaxtın Binəqədi rayonu azadlıq prospektində yerləşən binadan gedir.

Problem, xüsusilə yuxarı mərtəbələrdə yaşayan, yaşlı və ya xəstə insanlara əlavə çətinliklər yaradır.

Sakinlər deyirlər ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, heç bir nəticə yoxdur.

Problemlə bağlı Bakı Lift Təmir İstehsalat Birliyindən “Xəzər xəbər”ə bildirildi ki, sözügedən binada liftin istismar müddəti bitib. əraziyə mütəmadi olaraq baxış keçirilir. Yeni liftlər alınan zaman həmin binanın da lifti dəyişdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti