Xəzər Xəbər

İctimai nəqliyyatda ödənişlərin sürətli və rahat ödənməsi üçün yenilik nə zaman tətbiq ediləcək? VİDEO

Veb TV | 21:15 • 16 Fevral 2025
İctimai nəqliyyatda ödənişlərin sürətli və rahat ödənməsi üçün yenilik nə zaman tətbiq ediləcək?

İctimai nəqliyyatda onlayn ödənişlərdə yaranan problemlərlər özü ilə bəzi məsələləri gündəmə gətirir.

Xezerxeber.az-ın xəbərinə görə, vətəndaşlar deyirlər ki, ictimai nəqliyyatda təmassız ödənişi dəstəkləyən NFC kartlar üçün də şərait yaradılmalıdır ki, belə problemlər olmasın.

Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, hazırda qurum tərəfindən paytaxtda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir. Nəqliyyat xidmətləri istehlakçıları tərəfindən bütün ödəniş vasitələrindən istifadə etməklə nağdsız ödənişlərin, o cümlədən NFC vasitəsilə ödənişlərin həyata keçirilməsi imkanının yaradılması da nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti